Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı İnzibati binalara xidmət şöbəsi, sənədləşmə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“ABB” ASC İnzibati idarəetmə departamenti İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
- Bankın strukturlarından daxil olan sorğuların icra olunması;
- Dövlət orqanlarına sənədlərlə bağlı müraciətin edilməsi;
- Məktubların və ərizələrin yazılması;
- Banka məxsus və ya bankın istifadəsində olan binaların sənədləşmə işinin aparılması.
Bizim üçün ideal namizəd:
- Ali təhsilli (hüquqi və ya iqtisadi);
- Minimum 3 il sənədləşmə üzrə iş təcrübəs olani;
- Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.
- Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək
Bu iş sizə nələri qazandıracaq:
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 17 fevral 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Sənədləşmə üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.