Qısa məzmun
Baku Electronics LTD Kadr kargüzarlığı üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;
- Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması. İşçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
- Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
- Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin,əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
- İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması. İşçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
- Elektron imza ilə kadr kargüzarlığına aid bütün növ əməliyyatların e-gov.az elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
- Əməyin ödənilməsi normalarının sənədləşdirilməsini təmin etmək;
- İşçilərin haqq-hesab sənədləri, əmək haqqından tutulmalara yol verilən hallar və onların icrası qaydası və qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsinin sənədləşdirilməsini təmin etmək;
- Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin tənzimlənməsinin sənədləşdirilməsini təmin etmək;
- Maddi məsuliyyət və onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
- İşçilərin sosial sığorta olunmasının tənzimlənməsinin sənədləşdirilməsini təmin etmək;
- Kadr kargüzarlığna aid aylıq (rüblük,illik)hesabatları hazırlamaq və təqdim etmək;
- Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarında istifadənin tənzimlənməsinin sənədləşdirilməsində iştirak etmək;
Tələblər:
- Təhsil: Ali;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür.
- Kadr kargüzarlığı sahəsində minimum 2 il təcrübəsi olmalıdır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə ” Kadr kargüzarlığı üzrə aparıcı mütəxəssis ” qeyd etməklə göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...