Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500-700 AZN.166 Yükdaşıma və Logistika Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus dili arzuolunandır.

İş barədə məlumat:

  • Dövlət orqanları ilə əlaqələr;
  • Korporativ idarəetmə ilə bağlı məsələlər;
  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
  • Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy vermək, hüquqi sənədləri hazırlamaq;
  • Müqavilələr(daxili və xarici satınalma, logistika və s.) hazırlamaq;
  • Şirkəti dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
  • Şirkətin tərəf kimi iştirak etdiyi məhkəmələrdə nümayəndə kimi iştirak etmək, məhkəmə sənədlərini hazırlamaq;
  • Təşkilatın struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilmək;
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarının təklifi;
  • Təşkilatın fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
  • Qanunvericilikdə baş vermiş dəyişiklər barədə  əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırmaq;
  • Müqavilə üzrə öhdəlikləri və borcları tələb edilmək (debitor / kreditorlarla işin aparılması);
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi.

Namizədə tələblər:

  • Ali hüquqi təhsil;
  • Dil bilikləri: İngilis dili (orta), Rus dili (əla);
  • İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Word (əla),  MS Excel (əla), MS Powerpoint (əla);
  • Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilmək;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilmək;
  • Punktual, diqqətcil və məsuliyyətli olmaq.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayan iş rejimi;
  • Karyerada inkişaf imkanları.

Müraciət etmək istəyən namizədlər CV formalarını mövzu hissəsinə “Hüquqşünas” qeyd edərək göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...