Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding İnsan resursları üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Əmək qanunvericiliyinin əsaslarını bilməlidir.
Namizədə aid tələblər:
- Ali təhsili olmalı;
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Miqrasiya məcəlləsini bilməli;
- Əlaqədar sahə üzrə 3-5 il iş təcrübəsi olmalıdır.
İş haqqında məlumat:
- Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
- Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi; - İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
- Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
- Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir.
- Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır.
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
İş qrafiki: Həftə içi 5 gün.
İş yeri: Bölgələr. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adı “İR üzrə menecer” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...