Qısa məzmun
McDonald’s Azerbaijan Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Ofis fəaliyyətinin təmin edilməsi;
- Daxil və xaric olan sənədlərin qeydiyyatının aparılması;
- Telefon zənglərinə cavab verilməsi;
- Təşkilatlara, dövlət strukturlarına, xarici səfirliklərə, yerli və xarici şirkətlərə məktubların hazırlanması;
- Şirkətin xarici qonaqlarının qəbulu və yerləşdirilməsi, habelə müxtəlif sosial tədbirlərə xidmət üzrə bütün zəruri işlərin görülməsi (nəqliyyat, nümayəndəlik malları, suvenir məhsulları və i.a.);
- Dəvət edilən məktubların, vizaların, biletlərin və şirkətin işçilərinin xaricdə yerləşdirilməsinin təşkili;
- Ofisə və onun işçilərinə lazım olan firma blanklarının, vizit kartlarının və digər məhsulların sifarişi;
- Ofisdə texniki vasitələrin vəziyyətinə nəzarət;
- Ofis işçilərinin lazımi dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət;
- Müxtəlif təşkilatlarla müqavilə əsasında iş aparılması;
- Əsas vəsaitlərlə iş, sıradan çıxmış vasitələrin alınması və hesabdan silinməsi;
- Maddi qiymətlilərin uçotu, onlar barədə müntəzəm olaraq mühasibatlığa hesabat verilməsi və inventarizasiyanın aparılması.
Tələblər:
- Ali təhsil;
- Kooperativ idarəetmənin üsul və tətbiqi qaydaları haqda xəbərdar olma;
- “MS Office” proqramlarının qabaqcıl istifadəçisi;
- Azərbaycan, Rus və İngilis dilləri biliyi;
- İşgüzar ünsiyyət və danışıqlar aparma bacarığı.
İş şəraiti:
- İş saatı Əmək Qanunvericiliyinə uyğun tənzimlənir;
- İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maraqlanan namizədlər öz CV-lərini “Ofis Menecer” mövzusu ilə 01.12.2021-ci il tarixinə kimi göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...