Qısa məzmun
Novco Group of Companies Sosial media üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Liu JO, Coccinelle, Tommy Hilfiger, Bebe, Calvin Klein, Adidas, Monnalisa, Pablosky, Accessorize, United Colors of Benetton, Sisley, OVS, ADL və s. dünyanın tanınmış brendlərini özündə birləşdirir.
Vəzifə öhdəlikləri:
- Sosial Şəbəkələrin idarə edilməsi
- İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında iştirak etmək
- Sosial media analizini aparmaq, nəticələrinə uyğun olaraq müvafiq dəyişikliklər etmək
- Açılış mərasimlərinin təşkil olunmasına dəstək olmaq
- Canlı yayımların aparılması
Tələblər:
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis və rus dili -arzuolunan
- Sosial media (Instagram, Facebook, Linkedin, YouTube, və s.) üzrə 1 ildən az olmayan təcrübə
- Səlis nitq və qrammatik yazı qabiliyyəti
- Yaradıcı və analitik düşüncə tərzi
- Marketinq və reklam sahəsində biliklərə sahib olmalıdır
- Fashion sahəsi ilə maraqlanan və zövqlü olmaq
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini career@novco.com e-mailinə, mövzu hissəsində “Sosial media üzrə mütəxəssis” qeyd edib göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...