Senior Marketing Specialist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PAŞA Bank ASC Senior Marketing Specialist vəzifəsi üzrə vakansiya elan edir.

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərinin aparılması;
  • Biznes, brend, hədəf bazar və rəqib kontekstində düzgün istinadedici meyarların müəyyən edilməsi;
  • Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, həmçinin müxtəlif brend və məhsul kampaniyalarının hazırlanması və icrası;
  • Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin yekun təsdiqi;
  • Müvafiq marketinq tədbirlərinin idarə edilməsi və səmərəliliyinin qiymətləndirilməsi;
  • Hazırlanmış bütün marketinq fəaliyyətlərinin brend mövqeyi və təlimatlara uyğun olmasının təmin edilməsi;
  • Toplanmış məlumatlar və iradlara cavab olaraq marketinq kampaniyaları və tədbirlərinin monitorinqi və tənzimlənməsi;
  • Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər və məhsul sahibləri ilə Fokus Qrupların təşkili, təkliflərin hazırlanması və icrası;
  • Brend və məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və monitorinqi;
  • Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri də daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kiçik mütəxəssis tərəfindən razılaşdırılmış müddət çərçivəsində düzgün şəkildə hazırlanılması və təhvil verilməsinin təmin edilməsi,
  • Marketinq kommunikasiyası şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət edilməsi və monitorinqi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
  • İş təcrübəsi: Marketinq üzrə ən az 5 il
  • Lisenziya/Sertifikat: Rəqəmsal Marketinq mütəxəssisi sertifikatı (üstünlük verilir)
  • Xarici dil bilikləri:  səlis Azərbaycan, Rus  və İngilis dili
  • Kompüter bilikləri: MS Office proqramları, Marketinq sahəsində proqram təchizatları üzrə biliklər

Digər:

  • Marketinq kommunikasiya strategiyaları prinsipləri və alətləri haqqında biliklər
  • Məlumat təhlili alətləri haqqında biliklər və bu sahədə təcrübə

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 15.12.2021-ci il tarixinədək başlıqda “Marketinq üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı

Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)

Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Hava Yolları QSC

01.11.2024 - Bakı

1200 — 1500 ₼
Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı

1000₼
Sosial Media Mütəxəssisi

Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...

Ram Solutions MMC

28.10.2024 - Bakı