Qısa məzmun
A+Co ASC Layihə rəhbəri (Restoran şəbəkəsinin yaradılması və idarə edilməsi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil ( Menecment ,Marketinq ,Biznesin idarəedilməsi sahəsi üzrə);
- Restoran şəbəkələrinin qurulması və idarə olunması üzrə ən azı 5 illik iş təcrübəsi;
- Səlis Azərbaycan dili , Rus dili və İngilis dili bilikləri;
- Layihələrin idarəolunması üzrə beynəlxalq sertifikatın olması üstünlükdür:
- İrəli səviyyədə MS Office bilikləri;
- İlkin maliyyə bilikləri.
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığının olması;
- Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığının olması;
Vəzifə öhdəlikləri:
- Proseslərinin idarə edilməsinin təşkil olunması ;
- Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
- Layihənin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
- Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması.
- Bazar araşdırmalarının aparılması.
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi
İş şəraiti:
- İş yeri: Bakı Şəhəri, Səməd Vurğun küçəsi 34, AF MALL ticarət mərkəzi.
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə rəhbəri ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...