Qısa məzmun
Ayan MMC Ekspeditor vəzifəsi üzrə vakansiyası elan edir.
İş barədə məlumat:
- Daima Potensial müştəri axtarışında olmaq
- Müştərilərin sifarişlərini qəbul etmək və işləmək, zəruri sənədləri tərtib etmək. Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasına nəzarət etmək
- Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək
- İşini keyfiyyətlə yerinə yetirmək
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatları dəqiq və ətraflı hazırlayıb Bölgə müdirinə yazılı surətdə təqdim etmək
- Şirkət tərəfindən satılan məhsullarda müştərilərin ehtiyaclarını aydınlaşdırmaq və müştərilərlə sifarişləri tələblərinə və çeşidinin mövcudluğuna uyğunlaşdırmaq
- Tərtib edilmiş müqavilələr üzrə malların alıcılarının ödəmələrinə nəzarət etmək. Tabeliyində olan problemli və bağlanma ehtimalı olan satış nöqtələrinin potensialını vaxtında müəyyən etmək və lazımlı tədbirlər görmək
- Malların vitrində və ya rəflərdə düzülüşünü, mövcudluğunu yoxlamaq, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasına nəzarət etmək
- Ərazidəki invertarlar üzrə qalıq çıxarılması və inventarizasiyada iştirak etmək
- Bazarda dəyişikliklər barədə bütün lazımi məlumatları ofisə vaxtında təqdim etmək
- Müştərilərin məhsulların keyfiyyəti və miqdarı ilə bağlı istəklərini və tələblərinı tez bir zamanda cavablandırmaq, mümkün qədər tez səhvləri düzəltməyə çalışmaq
- Müştəriləri çeşiddə dəyişikliklər, qiymətlərin artması və azaldılması barədə vaxtında məlumatlandırmaq
- Məhsulun əsas xüsusiyyətlərini və üstünlüklərini göstərən təqdimatlar təşkil etmək
- Məhsula satış görünüşünü vermək
- Satış rəflərində məhsulu çeşidlər üzrə və səliqəli yerləşdirılməsinə nəzarət etmək
- Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək
- Dadma və promosyon dövründə nəzarət etmək
- Fix və Ödənişə görə bonus
- Yanacaq pulu
- Korporativ telefon nömrəsi
- İş qrafiki: 5 günlük iş həftəsi, şənbə,bazar günü istirahət
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Ekspeditor” yazmaqla sh.esgerova@ayanltd.az ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizədə tələblər:
- Bakı şəhərini yaxşı tanımalı
- Kişi namizəd
- İşinə məhsulliyyətli yanaşmalı
- İş vaxtından səmərəli istifadə etməli
- Verilən tapşırığı növbəti günə saxlamamalı
- Şirkətin məhsullarına etinasiz yanaşmamalı
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək olmalı
- B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
700₼
Parklanma xidməti üzrə bələdçiAzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...