Qısa məzmun
PAŞA Sığorta Satınalmalar və Texniki dəstək şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəliklər:
- Satınalmalar və Texniki dəstək şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət;
- Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə uyğun olmasına, Şirkətin Satınalma Siyasətinin prinsiplərinə və tələblərinə riayət edilməsinə nəzarət;
- Departament fəaliyyəti ilə bağlı prosedurlarda qeyd edilən məsuliyyətlərin yerinə yetirilməsi;
- İnzibati binada və nümayəndəliklərdə texniki dəstək üzrə xidmətlərin təşkili və nəzarət edilməsi;
- Ofis otaqlarının həftəlik baxışını keçirilməsinə nəzarət, aşkar olunan çatışmamazlıqların vaxtında icra edilməsinə nəzarət;
- İllik satınalma planının hazırlamasına və icrasına nəzarət;
- Mövcud resurslardan istifadə edərək Şirkət tələblərinin yerinə yetirilməsinin təmin edilməsi;
- Ofis binasının və nümayəndəliklərin təmir işlərinin planlaşdırılmasında və təşkilində iştirak;
- Müqavilələrin, gündəlik sənədləşmə işlərininin həyata keçirilməsinə və təkliflərin toplanması prosesinə nəzarət;
- Şöbə fəaliyyətinə aid prosedurların illik yenilənməsi;
- Mövcud proseslərin təkmilləşdirilməsi üçün təşəbbüs göstərilməsi, texniki tapşırıqların hazırlanması, və rəhbərliyə təsdiq üçün təqdim edilməsi;
- Şöbənin səmərəliyinin inkişafına məsuliyyət daşımaq;
- İllik büdcə formalaşdırılması;
- Öz fəaliyətini qiymətləndirilməsi üçün illik əsas fəaliyyət göstəricilərinin tərtib edilməsi və rəhbərə təqdim edilməsi.
- Şöbə əməkdaşlarının fəaliyətini qiymətləndirilməsi üçün illik əsas fəaliyyət göstəricilərin tərtib edilməsinə nəzarət, dəstək və rəhbərə təqdim edilməsi;
- Fəaliyyətin dəyərləndirilməsi üçün şöbəyə aid hesabatların hazırlaması;
- Şirkət daxili layihələrdə iştirak;
- Şöbə əməkdaşların fəaliyyətinə dəstək;
- Audit aşkarlamalarının aradan qaldırılması üçün tədbirlər görülməsi;
- Zərurət olduğu hallarda və fövqəladə vəziyyətlərin yarandığı təqdirdə müvafiq qarşılıqlı əlaqələr üçün Daxili İşlər orqanları ilə rabitənin təmin edilməsi;
- Departament rəhbərlinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
- Ali təhsil;
- Kompüter bilikləri: MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
- Dil bilikləri: Azərbaycan, rus dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı; (ingilis dili arzuolunandır);
- Sertifikatlar: CIPS və sahəyə uyğun sertifikatlarının olması üstünlükdür
Təcrübə:
- Texniki və inzibati funksiyaların icrasında 7 il iş təcrübəsi, o cümlədən minimum 2 il idarəetmə təcrübəsi;
Bacarıqlar:
- Planlama bacarığı
- Analiz bacarığı
- İdarəetmə bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- Təhlil aparmaq bacarığı;
- Təşəbbüskarlıq.
- Danışıqları aparmaq bacarığı;
- İcra etmə bacarığı;
- Komandada işləmək bacarığı.
Son müraciət tarixi: 31/12/ 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...