Qısa məzmun
CenterHotel Satış müdiri (Menecer) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- Qonaq məmuniyyətini təmin etmək;
- Şöbələrin işinə nəzarət etmək ;
- Obyektin və avadanlıqların yaxşı saxlanmasını təmin etmək üçün hotelin gündəlik fəaliyyətinə nəzarət etmək;
- Satış proqramını hazırlamalı;
- Maliyyə və inzibati sənədlərin saxlanılmasına nəzarət etmək;
- Otaq qiymətlərinin gündəlik müəyyənləşdirilməsi ;
- Resepşnın fəaliyyətinin əlaqələndirilməsi;
- İşçilərin işə götürülməsi və işdən çıxarılması;
- Şöbələrin büdcələrinin izlənməsi;
- Qanunvericiliklə üzərinə düşən digər vəzifələrin yerinə yetirilməsi
Namizədə Tələblər:
- 35-50 yaş aralığında olan namizədlər;
- Ali təhsilli (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Hotel sahəsində minimum 10 il iş təcrübəsi olmalı;
- Satış müdiri və Menecer kimi minimum 5 il iş təcrübəsi olanlara üstünlük verilir;
- Ərəb ölkələri , İsrail və Rusiyalı turistlərlə işləmək bacarığı olmalı;
- Turizm firmaları və agentlikləri ilə iş birliyi olmalı və ya iş birliyi qurma bacarığı olmalı;
- Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib hotelləri analiz edə bilməli;
- Satış bacarığını və bilgilərini inkişaf etdirmək;
- Hotel fəaliyyəti ilə əlaqədar bütün qayda və qanunları bilməli;
- Ciddi, kollektivdə işləmə bacarığı və idarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı olmalı;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
- Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 12 saatlıq iş qrafiki 09.00 –dan 21.00-dək, 1 gün istirahət günüdür;
- Əmək haqqı razılaşma yolu ilə (Təcrübə və idarəetmə qabiliyyəti nəzərə alınmaqla)
Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Satış müdiri ” qeyd edərək öz CV lərini mükəmməl şəkildə email ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...