Partnyor cəlbi və satışa dəstək üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Virtual Card startapı satış komandası yaradır. Komandanın işi pərakəndə satış və xidmət sahəsindən yeni partnyorları cəlb etmək, onların satışına dəstək və nəzarət etməkdir. Asan iş deyil, gününüz ofisdən kənarda keçəcək, çox yorulacaqsınız. Digər tərərfdən, siz yeni, olduqca maraqlı, dünya görüşünüzü xeyli artıracaq və ən əsası əziyyətinizə, bacarığınıza uyğun gəlir gətirəcək bir sahəni öyrənəcəksiniz.

Biz kimik:

Virtual Card yerli fintex layihədir. Hüquqi adımız – Finmarket MMC-dir. ASAN İnnovasiyalar Mərkəzinin nəzdində yaradılmış İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin resident startapıyıq. Əsas məhsulumuz olan Virtual Card platforması və mobil tətbiqi  keşbek, BNPL (Buy Now Pay Later), QR-payment, Scoring mexanizmləri ilə pərakəndə satışı və xidmətləri yeni səviyyəyə qaldırır. Komandamız bank, insan resursları, informasiya texnologiyaları və korporativ satış sahəsində böyük təcrübə yığmış peşəkarlardan ibarət kiçik qrupdur, amma peşəkarlıqdan da üstün saydığımız əsas dəyər və prioritetimiz səmimilikdir – istər komanda daxilində, istərsə də partnyorlarla və müştərilərlə münasibətdə.

Rəsmi səhifələrimiz:

Fəaliyyət ərazimiz:

  • İlkin olaraq Bakı, XırdalanSumqayıtdan başlayırıq.
  • Digər şəhər və rayonlardan da CV gözləyirik. Məqsəd bütün ölkəni əhatə etməkdir. Növbəti ilin ilk aylarında bu müraciətlərə də baxılacaq.

Kimi axtarırıq:

  • Təhsil və iş təcrübəsi ilə bağlı xüsusi tələbimiz yoxdur. Lazım olan bilik və bacarığı təlim və praktikadan qazanacaqsınız. Əsas odur ki, öyrənməyə və hədəflərlə işləməyə açıq olasınız.
  • Yaş barəsində müəyyən fikrimiz var –  20-30 yaş arası cavan nəslin daha effektiv olacağını düşünürük, amma istisna təkliflərə də açığıq.
  • Şifahi nitq qabiliyyəti, pozitiv ünsiyyət qurma və inandırma bacarığı xüsusi əhəmiyyət daşıyır.
  • Karyeranızı yalnız satış işində görməlisiniz, satışı sevməlisiniz, işinizdən və nailiyyətlərinizdən zövq almalısınız, şəxsi inkişafa meyilli olmalısınız. Əmin deyilsinizsə, “B” planınız varsa – vaxt itirməyin, elanın davamını oxumadan “B” planını indi seçin – onsuz da əvvəl axır bu seçimlə üzləşib eyni nəticəyə gələcəksiniz.
  • Komandada işləməyi bacarmalısınız. Yüksək fərdi bacarığı və iti rəqabət iştahı olan peşəkar axtarmırıq, ümumi məqsədi düşünən, öz rolunu və mövqeyini anlayaraq işini komanda ilə peşəkarcasına  sinxronlaşdıra bilən səmimi yoldaş axtarırıq.

Bizim sizə təklifimiz:

  • CV göndərdiyiniz andan 14 gün ərzində müraciətinizin nəticəsi barədə sizə məktub yazacağıq. Uyğun olduğunuz halda onlayn təlim üçün dəvət alacaqsınız.
  • 2 gün məhsul və iş prinsipləri barədə onlayn təlim keçiriləcəkdir. Google Meet və Telegramdan istifadə olunacaqdır. Nəticədə platforma və partnyor cəlbi barədə vacib olan minimal nəzəri məlumata yiyələnəcəksiniz. Namizədlər onlayn test rejimində gündəlik əsasda ələnəcəkdir.
  • Növbəti mərhələdə yenə onlayn rejimdə fərdi görüş keçiriləcəkdir.  Müsahibənin müvəffəqiyyətlə keçən yoldaşlar ofisə dəvət olunaraq komanda yoldaşları ilə tanış olacaqdır.
  • Komandanızla hədəfləri müəyyən edəcəksiniz və 14 gün  ərazidə təcrübə keçəcəksiniz.
  • Təcrübə ən çətin dönəminiz olacaq – birbaşa döyüşə qatılacaqsınız. Nəticə etibarı ilə bu mərhələdə də ciddi ələnmə baş verəcək. Əsas meyarlar intizam, səmimiyyət, yoldaşlıq, işə həvəs və ən əsası nəticə. Təcrübənin müddəti heç bir tərəfin istəyi ilə artırılmayacaq.
  • Təcrübəni uğurlu keçən yoldaşlarla üç aylıq sınaq müddəti şərtilə əmək müqaviləsi bağlayacağıq. Qısası, bütün mərhələləri uğurla keçən yoldaşlar CV göndərdiyi gündən bir ay keçmədən iş təklifi alacaqlar.
  • Əmək haqqı 3 hissədən ibarətdir:
    1. İlkin stabil maaş: 300 manat.
    2. Cəlb etmə bonusu: nəticədən asılı olaraq 0 – 400 manat
    3. Əlavə olaraq partnyorların satış dinamikasını artıracaq motivasiya sistemi üzərində də müzakirələr gedir. Ümumi işin gedişatından asılıdır.
  • İş rejimi günlük 8 saat olmaqla həftə içi 5 gündür. Ilk aylarda vaxtınız əsasən sizin qrupa həvalə olunmuş ərazidə keçəcəkdir. Ərazi seçimi əsasən yaşayış yerinizə uyğun müəyyən olunacaqdır, amma iş əsnasında dəyişə bilər. Cari nəticələri və gələcək planları müzakirə etmək üçün onlayn yığıncaqlar keçiriləcəkdir. Həftədə bir dəfə ofisdə görüşəcəyik (Innoland Mərkəzində).
  • Dress-code sadədir. Əlində qovluq, kostyum və qalstuk vacib deyil. Rahat geyinin – sadəcə ciddi və səliqəli stil kifayətdir.

Nə edəcəksiniz:

  • Ərazi üzrə satış qrupuna daxil olacaqsınız.
  • Aranızdan qrup rəhbərini seçəcəksiniz. Seçim edə bilməsəz biz təyin edəcəyik.
  • Xəritəylə ərazini bölüşdürüb iki nəfərlik kiçik qruplarla satış nöqtələrini gəzərək cəlb edəcəksiniz.
  • Məlumatı operativ şəkildə onlayn resurslarla bizə ötürəcəksiniz.
  • Partnyorlarla müqavilə bağlayacaqsınız.
  • Satışlarının artırılmasına dəstək verəcəksiniz.
  • Hesabat tərtibatı tələb etmirik – əsas işinizə – satışa fokuslanacaqsınız.
  • Bazarda olan rəqabət, trendlər və problemlər barədə bizə məlumat verəcəksiniz.
  • Müəyyən etapda sizi cəlb etmə işindən satışa dəstək istiqamətinə yönəldəcəyik.

Təklif barədə nə düşünürsünüz:

  • CV-nizi “Partnyor cəlbi və satışa dəstək” başlığı altında elektron məktubla hr@virtualcard.az ünvanına göndərin.
  • Məktubda real olaraq yaşadığınız ünvanı tam qeyd etməyiniz xahiş olunur.
  • Təklifiniz, iradınız, etirazınız, məsləhətiniz, çəkindiyiniz məqamlar varsa – onu da yazın – bütün məktubları cavablandıracağıq.

Oxşar vakansiya siyahısı:

Məhsul sahibi (Product owner)

Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...

Bank Respublika

22.11.2024 - Bakı

Uçotçu

Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...

Perla mebel

22.11.2024 - Goran

Mühasib

Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

22.11.2024 - Bakı

1500 — 2000 ₼
Aparıcı mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.11.2024 - Hacıqabul

Kassir

Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Mühasib (Restoran)

Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

04.11.2024 - Bakı

Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert

“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

01.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

30.10.2024 - Bakı

Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı)

Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

30.10.2024 - Bakı