Qısa məzmun
Bank Avrasiya ASC Fiziki və hüquqi şəxslər üzrə mütəxəssis mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək
- Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək
- İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək
- Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək
- İş qrafiki: bazar ertəsi – cümə; 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- İqtisadiyyat üzrə ali təhsil
- Xidmət sahəsində ən azı 1 il iş stajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı