Qısa məzmun
Ə/h 800 -1000 AZN. BSC Consulting & Outsourcing Company İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəlikləri:
- Xidmət göstərilən müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi.
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi;
- İş vaxtının uçotu cədvəllərinin tərtib edilməsi.
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.
- Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
O cümlədən:
- Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir;
- Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir;
- Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların məhkəmədən qabaq və məhkəmə prosesləri zamanı məsələrin həlli üçün tələb olunan sənədləri hazırlayır, onların hüquq şöbəsinə təqdim olunmasını təmin edir;
Tələb olunan xüsusiyyətlər:
- Ali təhsil;
- İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Office proqramları)
- 1C proqramında işləmək bacarığı.
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməyi arzuolunandır.
- Komandada işləmək bacarığı;
- Təzyiq altında və dəyişkən iş qrafik ilə işləmək bacarığı.
Həftə içi 6 gün, 6-cı günlər 09:00-13:00
Əmək Haqqı : 800-1000 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...