Qısa məzmun
Societe De Courtage Insurance & Reinsurance Broker LLC Sığorta və təkrarsığorta üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- Daxil olan risklərin təkrarsığortasında iştirak;
- İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət;
- Sığorta və təkrarsığorta müqavilələrinin layihələrinin hazırlanması;
- Sığorta haqlarının ödənilməsi prosesinin tənzimlənməsində iştirak və iddiaların araşdırılmasına köməklik;
- Bağlanmış sığorta və təkrarsığorta müqavilələri üzrə aylıq hesabatın hazırlanması.
Tələblər:
- Cinsi: Kişi
- İqtisadiyyat/maliyyə üzrə bakalavr dərəcəsi;
- Maliyyə sahəsində minimum 1 il iş təcrübəsinə üstünlük verilir. Sığorta təcrübəsi arzuolunandır, lakin əsas deyil;
- Azərbaycan / Rus / İngilis dillərində sərbəst yazı və şifahi danışıq bacarığı;
- Yaxşı analitik və texniki bacarıqlar;
- Özünü ifadə etmə və detallara diqqət yetirmə.
Əmək haqqı – danışıqlar əsasında (təcrübə, bilik, bacarıq və s. əsasında)
Maraqlanan namizədlərin öz CV-lərini şəkil ilə birlikdə elektron ünvanına göndərməyi xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Mühasib
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Maliyyə mütəxəssisiSuper Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...