Qısa məzmun
Kontakt Home Hüquqşünas (Problemli Kreditlər şöbəsi) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müxtəlif hüquqi sənədlərin hazırlanması;
- Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi;
- Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək;
- Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək;
- Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq;
- Müvafiq məlumat bazası yaratmaq;
- Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək;
- Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
- Şirkətin maraqlarınımüxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər.
Tələblər
- Təhsil: Ali (Hüquq sahəsi üzrə);
- Azərbaycan dilini səlis, rus dili orta səviyyədə bilmək;
- Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: