Qısa məzmun
SMTS MMC Satınalma qrupunun rəhbəri (Tender və Qiymətqoyma Departamentinin satınalma qrupu) vəzifəsi üzrə vakansiya elan edir.
Satınalma qrupunun rəhbəri (Tender və Qiymətqoyma Departamentinin satınalma qrupu)
Vəzifə öhdəlikləri:
- Satınalma qrupunun fəaliyyətinə nəzarət etmək;
- Satınalma qrupunun prosedurlarının hazırlanması, yenilənməsi və tətbiq edilməsi;
- Cəmiyyətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə uyğun aparılması;
- Daxili bazarda iqtisadi vəziyyət barədə tam və yeni məlumatı, xüsusilə, şirkətin fəaliyyəti istiqaməti ilə
- bağlı spesifik məlumatlı olmalı;
- Maddi-əmtəə dəyərləri üçün standart və texniki şərtləri bilməli və fəaliyyəti üzrə tətbiq etməli;
- Maddi-əmtəə dəyərlərinin növləri, həcmləri, markaları, çeşidliliyini və digər keyfiyyət xüsusiyyətlərini
- və onların məsrəfi normalarını;
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması, satınalma işinə nəzarət
- etmək;
- Malların texniki spesikasiya və xarakterini Texniki İstehsalat Departamenti və sahə mühəndisləri ilə
- müzakirə etmək və tələb etmək, Satınalma qrupunun digər əməkdaşlarına texniki xüsusiyyətlətlə bağlı
- dəstək vermək;
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Qiymətlərdə olan artım və azalma faizlərini, eləcə də malların satış qiymətlərini müəyyənləşdirmək,
- buna uyğun satınalma əməkdaşlarını koordinasiya etmək və müəssisənin mənafei baxımdan satınalma
- işinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Müəssisənin tələb edilən sifarişlərlə təchiz edilməsi, bu istiqamətdə müvafiq satınalma müsabiqələrinin
- qazanılması məqsədi ilə yerli və beynəlxalq bazarların tədqiqi, onu maraqlandıran məhsul və xidmətlərə
- tələb və təklifi daim öyrənməli;
- Müəyyən edilmiş satınalmalar planı çərçivəsində müntəzəm hesabat vermə proseduralarında iştirak
- etmək;
- Ehtiyac olduqda müəssisə ilə müntəzəm olaraq əməkdaşlıq edəcək digər müəssisə və təşkilatların
- aidiyyatı şəxsləri ilə əlaqə yaratmaq;
- Şirkətin fəaliyyət göstərdiyi sahə üzrə mövcud bazar qiymətləri əsasında qiymətləndirmənin aparılması;
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
- Həmçinin qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Qiymət və xərc təhlilinin aparılması.
Namizədə olan tələblər:
- Ali təhsil (Mühəndislik və ya İqtisadiyyat sahələrində ali təhsil)
- Satınalma rəhbəri olaraq inşaat sahəsində İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il
- (fasiləsiz) iş təcrübəsi olmalı;
- İnşaat materiallarını yüksək səviyyədə tanımalı;
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli;
- Komputer biliyi: MS Office (əsasən Excel,Outlook) proqramını bilməli;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
- Yüksək kommunikasiya və işgüzar ünsiyyət bacarıqları;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli olmalı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 27-45
- Əmək haqqı 2000-2200 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı
- razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “Satınalma qrupunun rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...