Qısa məzmun
Uninet MMC Biznes əməliyyatlarına dəstək üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 10 Yanvar 2021
Müqavilə müddəti : Daimi
Vəzifə öhdəlikləriniz:
- Müqavilələrin işlənməsi və Sistemdə pul əməliyyatlarının emal edilməsi;
- Vaxtında və dəqiq məlumatları təqdim edərək, daxili və xarici müştərilərə göstərilən xidmətlər üzrə yüksək müştəri məmnuniyyətini təmin etmək;
- Müştərilərin sayına əsasən günlük hesabatların aparılması;
- Avadanlıqların qəbulu və çeşidlənməsi;
- Avadanlıqlarla bağlı aylıq hesabatların aparılması;
- Tapılan hər hansı bir problemi ilə əlaqədar rəhbərliyə məlumat və hesabat vermək.
Vəzifənin tələbləri:
- Ali təhsil;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Uyğunlaşa bilən, texnologiyadakı yeniliklərdən xəbərdar olmaq bacarığı;
- Nəticə yönümlü;
- Konseptual düşünmə bacarığı;
- Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;
- MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, Word, Powerpoint);
- Komanda işi və əməkdaşlıq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması.
Müraciət etmək üçün CV-nizi mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Biznes əməliyyatlarına dəstək üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...