İR mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. URBN Limited İR mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dili səlis, ingilis dili arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • İşçilərlə bağlı müvafiq məlumatların Elektron hökümət portalına daxil edilməsi
  • Əmək müqavilələrinin və əlavələrinin hazırlanması
  • Ümumi əmrlərin hazırlaması (inventarizasiya, ezamiyyət, sosial məzuniyyəti, təhsil məzuniyyət və s.);
  • Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişikliklərinin hazırlanması);
  • Əmək kitabçalarının doldurulması, hesaba alınması və qeydiyyatın aparılması;
  • Xəstəlik vərəqələrinin (əmək qabiliyyətli olmama) doldurulması və qeydiyyatının aparılması;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • İşçilərin sosial sığorta kartlarının alınması üçün onlayn formada doldurulması, uçotunun aparılması,E-gov portal üzərindən ilkin və dublikat müraciətlərin daxil edilməsi və Əhalinin Əmək və Sosial Müdafiə Fondundan sosial kartlarının əldə edilməsi;
  • İşə qəbul, işdən azad edilmə, işçilərin əmək haqqlarında dəyişiklik olan zaman (İcbari sığorta) Sığorta şirkətini məlumatlandırmaq və ildə bir dəfə müqavilənin uzadılması (tam informasiyanın toplanması və göndərilməsi;
  • İşçilərin aylıq iş uçotu tabellərin aparilmasi və təqibi;

Tələblər:

  • Müvafiq sahədə 3+ il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili arzuolunandır
  • Əmək qanunvericiliyinin əsaslarını bilməlidir
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləyə bilmək bacarığı

Uyğun namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə career@urbnlimited.com electron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı