Qısa məzmun
Providence Doytch Limited İnşaat İşləri üzrə Keyfiyyətə Nəzarət İnspektoru vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- İnşaat sahəsində yoxlama və testlərin həyata keçirilməsinin təşkil edilməsi, bu məqsədlə sifarişçi, subpodratçı və laboratoriya mütəxəssisləri ilə əlaqələrin yaradılması;
- Həyata keçirilmiş testlərin (torpaq testləri, beton kub nümunələrinin nəticələri) nəticələrinin sifariçi, subpodraçtı və digər tərəflərə göndərilməsinin təşkil edilməsi;
- Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsinin və yerinə yetirilmiş işlərin qəbulunda müvafiq tərəflərin (sifarişçi, subpodratçı) iştirak etməsinin təşkili, növbəti işlərin davam etdirilməsinə icazələrin təmini;
- Tikinti layihəsinin icrası ilə bağlı dövlət sənədləşməsinin hazırlanması “Sonradan Üstü Örtülən İşlərin Qəbul Edilmə” aktlarının yazılması, imzalanmasının təşkili (açıq dəmir-beton su-kanalı, su boru xətti və dəmir-beton konstruksiya işləri);
- Subpodratçıların istifadəsində olan ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq seritifikatların alınmasına nəzarətin təşkili;
- Tikinti sahəsinə daxil olan inşaat materiallarının müvafiq uyğunluq sertifikatlarının yoxlanılması və layihə tələblərinə uyğun olmayan materiallar barədə rəhbərliyin məlumatlandırılması;
- Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, problemlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
- Tikinti prosesinin izlənməsi, layihə və keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə Layihə Menecerinə məlumat verilməsi;
Namizədə tələblər:
- Mühəndislik ixtisası üzrə Ali təhsil
- Sənaye tikintisi üzrə müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsi
- AzDTN, QOST-ların tələbləri iş təcrübəsi
- İnşaat cizgiləri ilə işləmək bacarığı
- MS office, AutoCad üzrə biliklər
- Azərbaycan dili-əla,İngilis dili-orta səviyyə.
Digər tələb və şərtlər:
- Yaş həddi: 25 – 45
- İş rejimi: 6 günlük iş həftəsi
Əmək haqqı- 1000 azn -1500 azn
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...