Qısa məzmun
Abşeron Logistika Mərkəzi Hüquq sahəsi üzrə təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir.
Bu proqramda iştirak etməklə, Siz logistika, beynəlxalq karqo yükdaşımaları sahəsində hüquqi biliklərinizi tətbiq edərək, iş prosesində yeni bilik və bacarıqlara yiyələnmək şansı əldə edəcəksiniz.
Sizə nə təklif edirik?
- Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
- Nəqliyyat, yükdaşımalar, beynəlxalq yükdaşıma prosesləri sahəsində sənədlərlə işləmək imkanları;
- Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
- Hüquq sahəsində ali təhsil;
- Azərbaycan dili əla səviyyədə, Rus dili orta səviyyədə, İngilis dili arzuolunandır;
- MS Offise proqramlarında, xüsusilə Word -də yüksək səviyyədə iş bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
- Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
- Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
- Görüş və təqdimatların təşkili, iştirak;
- Müştərilər ilə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
- Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 15 yanvar 2022-ci il tarixinədək, mövzu hissəsində “Hüquq sahəsində təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az