Qısa məzmun
Ə/h razılaşma yolu ilə. StudyLab Tələbələrlə iş üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şagirdlərin tədris prosesini təşkil edir və ona rəhbərlik və nəzarət edir;
- Fənn müəlimlərinin fəaliyətinə rəhbərlik və nəzarət edir.
- İllik fəaliyyət planı hazırlayır.
- Şagird və müəlimlərin daxili nizam-intizam qaydalarına riayət olunmasını təmin edir.
- Yeni təhsil-texnologiyalarını və metodlarını tətbiq olunmasına imkan yaradır.
- Tədris işlərindəki problemləri, onların nəticələri və həllərini; şagird və müəlim fəaliyətinin nəticələri və inkişaf perspektivlərini, iştirak etdiyi dərslərin və digər fəaliyyətlərin forma və mahiyətini analiz edir.
- Cəmiyyətdə və Təhsildə baş verən dəyişiklikləri izləyir və uyğun olaraq, mərkəzin inkişaf strategiyasında müvafiq düzəlişləri təklif edir;
- Tədris proqramlarının tətbiq edilməsini; Sınaq imtahanların təşkili və keçirilməsini təmin edir;
- Hesabat sənədləşmələrinin hazırlanmasını, şagirdlərin qiymətləndirilməsinin obyektivliyini, dərs müşahidələrini, valideynlərlə ünsiyyət işini təşkil edir.
- Yeni tələbələrin dərslərə başlama prosesini idarə etmək (qrafikin seçilməsi, dərs planının tərtib edilməsi). Tədris qruplarının başlamasının/ bitməsinin təşkili.
- Cari tələbələrin tərəqqisini idarə etmək (gündəlik zənglər və tələbələr ilə görüşlər, CRM sistemi ilə işləmək). Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
- Təlimlər üzrə post-satış üzrə planı yerinə yetirmək (əsas kursların uzadılması və cari tələbələr tərəfindən əlavə kursların alınması və s.)
- Pul vəsaitlərinin qaytarılmasının qarşısının alınması üzrə etirazlar ilə işləmək
- Şirkətin keçirdiyi tədbirlər, aksiyalar, xüsusi təkliflər və endirimlər haqqında müştərilərin məlumatlandırılması.
- Auditoriyaların məşğələlərə hazırlanması, Siniflərin lazımi avadanlıq və vəsaitlərlə təminatını.
- Hüquqi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi (müqavilələr, hesablar və s.)
- Məhsulumuzu təşviq edən müxtəlif marketinq fəaliyyətləri və kampaniyalarda iştirak
- Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, müəllimlər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
- Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
- Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
- Tələbə məmnunluğu sorğularının təşkili, analizi və problemlər üzərində iş
- Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
- Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;
Namizədə tələblər:
- Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
- Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
- Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Ali təhsil müəssisəsinin məzunu olmaq;
- Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi.
- Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
- Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı;
Şərtlər:
- Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
- Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
- İş qrafiki fərdi qaydada müəyyən edilir (10:00-19:00/ 12:00-19:00)
- İş qrafiki 6 gün, (bir gün istirahət).
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Əmək haqqı fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Tələbələrlə iş üzrə administrator” yazıb CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: Yanvar 17, 2022
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...