Qısa məzmun
Poste.az Biznes Analitik üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Azərbaycanda yeni startap şirkət Biznesin inkişaf etdirilməsi rolunu icra edəcək İT yönümlü işçi axtarışındadır. İş haqqında məlumatlar:
- Şirkət nümayəndələri ilə analitik müsahibələrin aparılması, şirkət tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərinin qeydə alınıb analiz olunaraq, Proqram təminatı təchizatçılarına ötürülməsi
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması;
- Şirkətin texniki resurslarının qısamüddətli və uzunmüddətli uyğunluğunun təmin olunması
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması;
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Texniki tapşırıqların Proqram təminatı təchizatçı şirkəti ilə müzakirə olunması
- Tələblərin izlənilməsi, texniki servis müddətlərinin müəyyən olunması və tətbiqinə nəzarət etmək;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Yeni funksionallığın test olunması
- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
- Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
İş şəraiti:
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Namizədə tələblər:
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- Minimum 3 il iş təcrübəsi
- İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandanın idarə olunması, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL, PL/SQL üzrə ümumi biliklər
- Wrike, MS – Office Visio proqram təminatlarını yaxşı bilmək
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Biznes Analitik üzrə menecer” yazaraq CV formasını elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Mənbə: jobsearch.az