Qısa məzmun
AMO Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həlli;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Məhkəmədə və digər dövlət orqanlarında şirkətin hüquqi nümayəndəsi kimi təmsilçilik;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
Tələblər:
- Ali təhsil
- Azərbaycan dili mükəmməl olmalı , rus və ingilis dillərini bilməli
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
- İş təcrübəsi minimum 3 il
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
- İş qrafiki : 5 günlük
- İş vaxtı: 9:00 – 18:00
Maraqlanan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Hüquqşünas” qeyd edərək göndərə bilərsiniz.
Mənbə: jobsearch.az