Qısa məzmun
Bank Avrasiya Sistem administratoru vəzifəsi üzrə vakansiya elan edir. Cisco avadanlıqları ilə iş təcrübəsi olmalıdır.
Namizədlər üçün irəli sürülən tələblər:
- Müvafiq sahədə ən azı 3 il iş stajı;
- Microsoft texnologiyaları üzrə dərin iş təcrübəsi: Windows Server OS, ADDS, GPO, DNS, DHCP, ADCS, WSUS, DFS, FSRM, Exchange , MS Failover Cluster, MS RDS, PowerShell, İİS, Print;
- Bulud həllər üzrə iş təcrübəsi: AAD, MS O365;
- Dell , HP və IBM server avadanlıqları üzrə iş təcrübəsi;
- Monitorinq alətləri ilə iş təcrübəsi;
- Storage texnologiyaları və SAN şəbəkələri üzrə biliklər;
- Yedəklənmə və arxivləşdirmə texnologiyaları üzrə təcrübə: Veeam Backup&Replication, Symantec;
- Desktop Virtuallaşdırma (VDİ) sahəsində biliklər ;
- Virtualaşma üzrə iş təcrübəsi : VMware Vcenter, ESXi 6.5 və yuxarı;
- Antivirus sistemləri ilə iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan – əla, Rus – yaxşı, Ingilis – yaxşı;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
- Arzu olunandır: Linux/Unix əməlliyət sistemi üzrə iş təcrübəsi, Email Security və SİEM həlləri ilə iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Sistemlərin dayanıqlı və stabil işləməsini təmin edir;
- Korporativ resursların yüksək əlçatanlılığını təmin edir;
- Korporativ resursların istifadəsi və gələcək planlaşdırılması zamanı yüksək məhsuldarlığı və səmərəli istifadəni əsas tutmalı və bu istiqamətdə yeni həllər üzrə təkliflərə malik olmalıdır;
- Bank sistemlərinin maksimal avtomatlaşdırılması və işin effektivliyinin yüksəldilməsi;
- Məlumatın elektron arxivləşmə işini təşkil edir;
- Server/storage avadanlıqlarının administrasiyası və texniki dəstəyi;
- Bulud sistemlərinin səmərəli idarəetməsinin təşkili;
- Virtualaşma sistemlərinin administrasiyası;
- Yedəklənmə və arxivləşdirmə sistemlərinin adminstrasiyası;
- Korporativ poçt sisteminin administrasiyası və texniki dəstəyi;
- Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqənin yaradılması;
- İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı;
- Sistem problemlərinin həlli və diaqnostikası;
- Avadanlığının quraşdırılması və sazlanması;
- Dəyişikliklərin sənədləşdirilməsi, işlərin Change Management-ə uyğun olaraq təşkili.
Xahiş olunur mövzu hissəsində Sistem Administratoru vəzifəsini qeyd edib CV-ni göndərəsiniz.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...