Qısa məzmun
AzerFloat Baş Mühəndis-Mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına nəzarət etmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək. İstehsalatın texniki hazırlığını təmin etmək və təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin etmək, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək;
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək.
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarətinin təşkilinə nəzarət etmək; təmir işləri üçün materiallardan rasional istifadəyə rəhbərlik etmək;
- Müəssisənin avadanlıqlarının modernləşdirilməsi, yenidən qurulması, texniki cəhətdən yenidən təchiz edilməsi, texnoloji proseslərin kompleks mexanizasiyası və avtomatlaşdırılması vasitələrinin tətbiqi, ətraf mühitin mühafizəsi, istehsal səmərəliliyinin artırılmasına aid planlarının hazırlanmasında iştirak etmək;
- Avadanlıq, alət, qurğu və dəzgahların sazlığını, müəyyən edilmiş qaydada təlimata əsasən və müddətdə kalibrasiyasına və texniki baxışdan keçirilməsinə nəzarət etmək;
- Əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək, köhnəlmiş avadanlıqları, əsaslı təmirə ehtiyacı olan obyektləri müəyyən etmək və onların təmirini növbələşdirmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini nəzarət etmək;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy vermək; onların tətbiqinə köməklik etmək; şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək;
Bilməlidir:
- Avadanlıqların, bina və qurğularının təmirinin təşkili üçün metodik və normativ hüquqi aktları,
- Avadanlıqların, bina və qurğularının texniki xüsusiyyətlərini, iş rejimlərini, istismar qaydalarını,
- Şirkətin məhsullarının istehsal texnologiyasının əsaslarını,
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr ixtisas təhsili;
- İstehsalatda tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
- Rus dili (vacibdir)
- Autocad və MS Office
- Təşkiletmə, planlama və liderlik bacarığı,
- Öyrətmə və motivasiya etmə bacarığı,
- Effektiv işləmə, tənqidi düşünmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: 09:00- 18:00
- Tibbi sığorta
- Servis (20 yanvar) və nahar ilə təmin edilir
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Baş Mühəndis-mexanik” yazıb elektron poçt ünvanına göndərin.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...