HR Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Energy Regulatory Agency HR Manager vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

  • Agentlikdə insan resurslarının idarəedilməsi üzrə uzunmüddətli inkişaf strategiyasını hazırlamaq və icrasına nəzarət etmək;
  • Agentlikdə mövcud qiymətləndirmə sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • təlim ehtiyaclarını öyrənmək məqsədi ilə müvafiq sorğular təşkil etmək, təlimlərin təşkili üçün büdcə təklifini formalaşdırmaq və onu Agentliyin müvafiq struktur bölməsinə təqdim etmək, təşkil olunmuş təlimlərlə bağlı hesabatları hazırlamaq;
  • İnsan resurslarının idarə edilməsi sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək ümumiləşdirmək və tətbiq edilməsi istiqamətində təkliflər vermək;
  • İnsan resurslarının idarəedilməsi ilə bağlı müxtəlif mövzularda təlimat və reqlamentlər hazırlamaq;
  • İşçi axınını təhlil etmək və potensial ehtiyat işçi bazasının yaradılmasına nəzarət etmək
  • şöbənin fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və şöbə adından sənədləri imzalayır;
  • tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
  • şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir və kargüzarlıq işlərinin aparılmasını təmin edir.

Tələblər:

  • Ali təhsil (Hüquqşünaslıq, beynəlxalq münasibətlər, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə);
  • Yaş həddi 30-45 aralığı;
  • Müvafiq sahədə azı 6 il iş stajı (2 ilini rəhbər vəzifədə olmaqla);
  • MS Office proqramlarını mükəmməl səviyyədə bilməli;
  • 1C (8.3 UPP) proqramını bilməsi arzuolunandır;
  • Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır.

Digər:

  • Əmək haqqı  müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 30 dekabr 2022-ci il
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (HR MANAGER) qeyd edin.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı