Qısa məzmun
Sinteks Group of Companies Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. Kafe menecerinin bütün göstərişlərini icra etməlidir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu kafeyə daxil olan müştəriləri qarşılamaq və onlara yüksək xidmət göstərməkdir.
Vəzifə öhdəlikləri:
- Zalın və masaların təmiz və səliqəli saxlanmasını təmin edir
- Sanitariya-gigiyena normalarına riayət edir
- Kafe, anbarların səliqəli saxlanılmasında və oradan məhsulların kafeyə göndərilməsi prosesində iştirak edir
- Menyunu mükəmməl bilir
- Müştəriləri qarşılayır, menyu haqda məlumat və təkliflər verir
- Müştərilərin sifarişini qəbul edir, mətbəxə və bara məlumat verir
- Sifariş hazır olan zaman müştəriyə təqdim edir
- Kafe menecerinin bütün göstərişlərini icra edir
Əsas tələblər:
Təhsil:
- Orta və ya peşə təhsili
Təcrübə:
- 1 ildən 3 ilə kimi təcrübə
Professional Biliklər:
- Rus dili mütləqdir, ingilis dili arzuolunandır
Professional Bacarıqlar və Kompetensiyalar:
- Komandada işləmə
- Təmizlik
- İntizam
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
1200 — 1500 ₼
Restoran direktoruASADZADESANAN MMC Restoran direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...