Qısa məzmun
Norm OJSC Planlama üzrə Baş Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Mexanika mühəndisliyi üzrə ali bakalavr/magistr təhsili
- Təmir planlaması və ya oxşar əlaqəli sahədə mühəndis kimi və ya daha yuxarı səviyyəli vəzifələrdə ən azı 3-5 il iş təcrübəsi
- İngilis dilində ən azı orta səviyyədə istifadə bacarığı
- MS Office komputer proqramı üzrə bacarıqlar
- Ms Project və ya Primavera programlarından istifadə bacarığı
- SAP üzrə istifadə bacarığı arzu olunandır
- Avadanlıqların iş prinsipini və hissələri haqda biliklər (Sement zavodu avadanlıqları üzrə arzu olunandır)
- Hesabatların hazırlanması və analiz edilməsi bacarığı
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Təhlükəsizlik, idarə etmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə görə cavabdehlik.
- Qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, Layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı.
- Şöbənin texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək.
- İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi.
- Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin təşkili.
- Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması:
- Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili
- Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi
- Mexaniki təmir və planlama şöbəsinin arxivində avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili.
- Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması.
- Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək.
- İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi.
- Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi.
- Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi.
- Planlama bölməsinin heyətlərinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri.
- Zavodun qaz təsərrüfatına aid olan qurğuları və alətləri dövlət qurumları tərəfindən həyata keçiriləcək yoxlamalar üçün hazırlıqların həyata keçirilməsini və nəzarətini təmin etmək.
- İşlərin təkmilləşdirilməsi məqsədilə digər şöbələrlə əməkdaşlıq.
- Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 05.01.22
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...