Qısa məzmun
Ə/h 450 AZN + Bonus. OMİD MMC Kassir vəzifəsi üzrə vakansiya elan edir.
İş haqqında məlumat:
- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
- Kassa zonasını təmiz və səliqəli saxlamalıdır;
- Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət – kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir;
- Nəzarət kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir;
- Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir;
- Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
- Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır.
Namizədə tələblər:
- Müraciət ancaq xanım namizədlərə aiddir
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Orta və ya ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
- Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını;
- Satış texnikası və prinsiplərini, davranış etikasını;
- Nəzarət – kassa aparatlarının istismarı qaydalarını;
- Mağazanın təşkilati strukturunu;
- Alıcılara keyfiyyətli xidmət standartlarını;
- Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir.
İş qrafiki:
- 09:00-dan 18:00-dək
- Həftə içi 6 gün
- 1 gün istirahət
- Əmək haqqı: 400-450+Bonus%
- Nahar şirkət tərəfindən verilir
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
Qeyd : Yeni vakansiyamız (Buzovna, Masazır, Mərdəkan, Dərnəgül, “Xutor”, “Şamaxink”) ərazilərində yaşayan və yaxın olan namizədlər müraciət edə bilər.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Kassir” yazaraq email ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...