Qısa məzmun
FinDynamix Müştəri Təcrübəsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mobil tətbiq istifadəçilərinin məhsul ilə bağlı olan istək və ehtiyaclarının müəyyən olunması
- Fintech sahəsində ən son innovasiyaların və yeniliklərin araşdırılması, Mobil tətbiqdə tətbiqi barədə təklif və planların hazırlanması
- Mövcud və potensial müştərilər arasında müxtəlif sorğuların keçirilməsi, sorğuların nəticəsində Müştəri Təcrübəsini yaxşılaşdıracaq və optimallaşdıracaq təklif və planların hazırlanması
- İstifadəçilərin Mobil tətbiq ilə bütün təmas və ünsiyyət nöqtələrinin araşdırılması və nəzarətdə saxlanılması, bu təmas nöqtələrində yarana biləcək “ağrı nöqtələrinin” aşkarlanması, təmas nöqtələrində Müştəri Təcrübəsini yaxşılaşdıracaq və optimallaşdıracaq təklif və planların hazırlanması
- “Müştərinin Həyat Yolu” marketinq yanaşmasına müvafiq olaraq Müştərinin Mobil tətbiqdən istifadə tezliyini, müddətini və ödəniş həcmini artıracaq təklif və planların hazırlanması
- Müştərilərin Çağrı Mərkəzinə, sayt, məhsulun təmsil olunduğu internet resurslarda və sosial media kanalları üzərindən daxil olan şikayət, istək və iradlarının mütəmadi araşdırılması, zərurət olduğu halda Müştəri Təcrübəsini yaxşılaşdıracaq və optimallaşdıracaq təklif və planların hazırlanması
- Məhsulun brend dəyərlərini, mövqeləndirilməsini və rəqabət üstünlüklərini Müştəri Təcrübəsində əks etdirəcək təkliflərin və həllərin hazırlanması
- Komanda üzvlərinin sorğularına əsasən yeni məhsul hazırlanması və ya yenilənməsi prosesində Müştəri Təcrübəsi ilə bağlı ətraflı arayışların və təkliflərin verilməsi
- Data analitiklərinin hazırladığı hesabatların analiz olunaraq müştərilərin Mobil tətbiqdən istifadəsi ilə bağlı müsbət və ya mənfi dəyişikliklərin baş verməsində Müştəri Təcrübəsinin rolunun və təsirinin araşdırılması
- Marketinq ilə bağlı müəyyən tapşırıqlar üzrə agentliyin kurasiyası
Vakansiya üzrə tələblər:
- Müştəri ilə ünsiyyət qurma, müştəriləri analiz etmə bacarığı
- Araşdırma və problemləri müəyyən etmə bacarığı
- Kreativ yanaşma
- Bakalavr dərəcəsi (marketinq, idarəetmə, psixologiya ixtisasları üzrə)
- Minimum 2 il iş stajı (müştəri xidmətləri üzrə minimum 1 il iş stajı arzu olunandır)
- Üstün rəqəmsal bilik və bacarıqlar
İş şəraiti:
- İş qrafiki : Həftənin 5 günü 9:00 dan 18:00 dək
- Şənbə və bazar günləri qeyri iş günüdür
- AR ƏMək məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı : Müsahibə əsasında razılaşdırılacaq.
Namizədlərdən CV-lərini “Müştəri Təcrübəsi üzrə Mütəxəssis” mövzusu ilə e-mail adresinə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
600₼
Kadrlar üzrə mütəxəssisAZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə kiçik mütəxəssis
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Resepşn
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
400₼
Operator (Soyuq satis)Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Çağrı mərkəzi üzrə operator
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...