Qısa məzmun
AFB Bank Çağrı mərkəzi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı.
İşin təsviri:
- Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
- Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
- Çağrı Mərkəzinə email vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;
- Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
- Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Çağrı mərkəzi üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...