Qısa məzmun
Grand-Agro LLC Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir:
- Cəmiyyətimizə verilmiş yeni torpaq sahələrinin sənədləşmə işinin aparılması və yeni çıxarış sənədlərinin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək;
- Cəmiyyətə məxsus ərazilərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı müraciətlərin edilməsi və texniki şərtlərin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək ;
- Texniki şərtə uyğun olaraq müvafiq işlərin görülməsi üçün dövlət qurumlarına rəsmi müraciətlərin edilməsi və layihə sənədlərinin alınmasında iştirak etmək;
- Cəmiyyətə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edilməsində iştirak etmək, torpaq uqodiyası ilə əlaqədar sənədləşmə işlərinin icrası;
- Müvafiq dövlət qurumlarına göndərilən məktubların icra vəziyyətinin mütəmadi müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması
- Müvafiq dövlət qurumları ilə bağlı rəsmi sənədlərin ( məktub, ərizə, müraciət, aktlar və s digər rəsmi sənədlərin) elektron qeydiyyatı və arxivləşdirilməsi
Tələblər:
- Təhsil : Ali təhsil (Hüquq, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar);
- Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir) İT üzrə biliklər: Ms. Office,
- Səriştəlik
- Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə
Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.