Qısa məzmun
Avrora Marketinq (yerli istehsalat, Biskvit) Layihə Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
İşin qısa təsviri:
Brendlər üçün marketinq və kommunikasiya strategiyalarının yaradılması və ərsəyə gətirilməsi; Yeni və mövcud məhsullar üçün marketinq strategiyalarının hazırlanması; Kompaniyalar, tədbirlər, rəqəmsal marketing və ictimaiyyətlə əlaqələr daxil olmaqla marketinq strategiyalarının icrasına nəzarət etmək;
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Brendlər üçün marketinq və kommunikasiya strategiyalarının yaradılması və ərsəyə gətirilməsi;
- Yeni və mövcud məhsullar üçün marketinq strategiyalarının hazırlanması;
- Marketinq layihələri büdcəsinin idarəedilməsi;
- Kompaniyalar, tədbirlər, rəqəmsal marketing və ictimaiyyətlə əlaqələr daxil olmaqla marketinq strategiyalarının icrasına nəzarət etmək;
- Şirkətin satış komandasıyla yaxından əməkdaşlıq; satış komandasını müvafiq alətlərlə, materiallarla və təqdimatlarla təmin edərək onları kommersiya məqsədlərinə nail olmasına imkan yaradılması;
- Məhsulun bazar mövqeyinin izlənməsi və ehtiyat marketinq planlarının hazırlanması, proqnozlaşdırılması;
- Komandanın gündəlik fəaliyyətinə başçılıq etmək;
- Marketinq hədəflərinin marketinq komandası tərəfindən icra olunmasının təmin edilməsi;
- Rəqabətcil mühitin və istehlakçı trendlərinin davamlı analizini öhdəsinə götürmək;
- İllik məhsul, marketinq və satış hədəflərinin müəyyən olunması və icrası;
- İstehlakçı rəyini anlayıb və onları uğurlu brend təşəbbüslərinə çevirilməsi;
- Bütün marketinq və satış fəaliyyətinin planlanması və idarə edilməsi;
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar:
- FMCG sahəsində yüksək səviyyəli marketinq uğurları (biskvit, vafli, şokolad satışı və ya qida istehsalı sahəsində);
- Orijinal brend imkanlarını aşkar edə bilən biznes yanaşması;
- Özünə inamlı, idarəçi və dinamik liderlik;
- Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
- Təhsil : Ali (Marketinq sahəsində bakalavr və ya magistr təhsili üstünlük hesab olunur);
- İş təcrübəsi : Minimum 3 il (FMCG sahəsində yüksək səviyyəli marketinq təcrübəsi (biskvit, vafli, şokolad satışı və ya qida istehsalı sahəsində));
- Kompüter bilikləri : MS Office;
- Dil bilikləri : İngilis və Rus dili bilikləri üstünlükdür;
Bizim iş şərtləri:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı şəhəri;
- Mobil nömrə təminatı;
- Tibbi sığorta;
- Nahar şirkət tərəfindən təmin olunur;
Biz nə təklif edirik:
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
- Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq (yerli istehsalat, Biskvit) Layihə Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...