Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Dərs Evi İT layihələri üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Tələblərimiz:
- Ali təhsil (İT üzrə təhsili olan namizədlərə üstünlük veriləcək)
- Azərbaycan və rus dilləri üzrə yüksək səviyyədə bilik
- CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır
- Biznes proseslərin yaradılması və avtomatlaşdırılması üzrə iş təcrübəsi
- Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı
- Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi
- Təşəbbüskarlıq və müstəqil layihə idarəetməsi formasında çalışmaq bacarığı
- Digital yönümlülük
- Yüksək səviyyədə kommunikasiya bacarıqları.
Əsas öhdəliklər:
- Şirkətdə İT infrastukturun qurulması, rəqəmsal layihələrin və proqram təminatlarının idarə edilməsi (Məsələn, veb sayt, CRM tətbiqi və s.)
- İT proseslərini avtomatlaşdırmaq, layihələrin texniki tapşırığını hazırlamaq və developerlər ilə sıx əməkdaşlıq etmək
- Layihənin planlanma, koordinasiya, monitorinq və hesabat kimi mərhələlərini təşkil və idarə etmək
- Büdcə və məhsulun layihə sənədi çərçivəsində tam təhvilini və maraqlı tərəflərlə (idarəçilər və digər müxtəlif şəxslər) kommunikasiyanı həyata keçirmək
- Öz və layihə qrupuna daxil olan bütün iştirakçıların işini quraraq, rəhbərlik etmək
- Layihənin şirkətdə uğurlu tətbiqi, nəticələrinə və layihənin istifadəçilərinin məmnuniyyətinə məsul olmaq
- Şirkətdəki proseslərin səmərəliliyini optimallaşdırmaq/təkmilləşdirmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən işə qəbul
- İş günləri: I-V günlər, Şənbə – Bazar istirahət günləri.
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “İT layihələri üzrə Menecer” qeyd etməklə elektron poçt ünvanına göndərəsiniz.
Müraciət üçün son tarix – 25 yanvar 2022-ci il.
Mənbə: jobsearch.az