Qısa məzmun
Beta Azerbaijan GPS nəzarət sistemləri üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkətə məxsus nəqliyyat vasitələrinin GPS izləmə proqramı vasitəsilə nəzarət edilməsi
- Nəqliyyat vasitələrinin günlük marşrut planına uyğun hərəkətinə nəzarət etmək və kənarlaşma hallarının qeydiyyata alınması və rəhbərliyə məlumat verilməsi
- Şirkətlə əməkdaşlıq edən müştərilərin koordinatlarının düzgünlüyünün yoxlanılması
- Nəqliyyat vasitələrində quraşdırılan GPS cihazların işləməsinə nəzarət
- GPS cihazlara xidmət göstərən şirkətlə əlaqə yaratmaq
- GPS cihazlarda nasazlıq olduğu təqdirdə cihazlara xidmət göstərən şirkətin zamanında müdaxilə etməsinə nəzarət
- Günlük görülən işlərlə bağlı hesabatın hazırlanılması
- Rəhbərlik tərəfindən verilən təlimatlara ciddi yanaşma-
- İş qrafiki: 6 gün, 08:30-dan 18:00-dək, İstirahət günü: Bazar günü
- Nahar şirkət hesabına təmin edilir
Namizədə tələblər:
- Qadın namizəd
- Analitik düşünmə bacarığı.
- Kollektivdə işləmə bacarığı
- Məsuliyyətli və inkişafa meyilli olmalı
- Ofis proqramları ilə işləmək bacarığı; (Microsoft Word, Excel)
cv-lərinizi foto ilə birlikdə cv@beta.az mail ünvanına “GPS nəzarət sistemləri üzrə operator” başlıqlı göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
800 — 1200 ₼
GPS üzrə mütəxəssisİceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...