Qısa məzmun
Azmədənistehsal MMC Həkim(feldşer) vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: 500 AZN
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Tibb təhsili
- Minimum 3 il iş təcrübəsi.
- Xırdalan şəhəri və yaxın ətrafda yaşayan namizədlərə üstünlük verilir.
- Təqaüddə olan hərbi həkimlərə üstünlük verilir.
İş öhdəlikləri:
- İş öncəsi bütün işçilərin təzyiqinin və hərarətinin ölçülməsi, alkotest edilməsi;
- İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması – SƏTƏM şöbəsinin rəisinə məlumat verilməsi (İşə qəbul sənədinə qeyd edilməklə) ;
- Hər bir sahədə baş verən qəzaların qeydiyyata alınması, ilkin tibbi yardımın göstərilməsi
- Ehtiyac olduğu təqdirdə təcili tibbi yardıma (103) müraciət edib – çağrılması;
- Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, qeydiyyat vərəqəsinə və jurnalına qeyd edilməsi;
- Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması
- Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək
İş qrafiki:
- 6 günlük iş norması,
- Nahar şirkət tərəfindən verilir.
- Servis təmin olunur
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına “həkim(feldşer)” başlığı ilə göndərə bilər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...