Qısa məzmun
Ə/h razılaşma yolu ilə. GURU Consulting Mühasib – operator vəzifəsi üzrə vakansiya elan edir. Ezamiyyətlərə hazır olmalıdır.
Tələblər:
- Azı 3 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
- Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
- Mühasibat uçotunda baza biliklərinə sahib olmalıdır;
- İlkin sənədləşmələri, hesabatlar hazırlamağı bilməlidir;
- Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
- Müştəri işlə ünsiyyət qurmaq, müştərinin istəklərinə diqqət göstərmək bacarığı olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir;
- Ezamiyyətlərə hazır olmalıdır.
Vəzifələr:
- Mühasibatlıq işləri və Vergi məsləhətləri xidməti ilə bağlı müraciət etmiş müştəriləri qəbul etməli, istəklərini dinləməli, çətinliklərinin həlli ilə bağlı məsləhətlər verməli;
- Xidmət müqavilələrini və xidmət haqqı ödəniş qəbzlərini yazmalı, imzalatdırmalı və müştəri qovluğuna yerləşdirməlidir;
- Müştərinin ASAN İmza nömrəsini, Şəxsi hesab vərəqəsinə giriş kod, parol və şifrəsini akt əsasında müştəridən təhvil almalıdır, müştəri qovluğuna yerləşdirməlidir;
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
- Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
- Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əsasən sadələşmiş və MÖMV bəyannamələrini), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
- Müştərilərin şəxsi hesab vərəqələrini nəzarətdə saxlamaq, yaranmış borclar barədə SMS vasitəsilə müştərini zamanında məlumatlandırmaq;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Məxfilik prinsiplərini pozmamaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi (I – V günlər 09:00 – 17:00, VI gün 09:00 – 15:00);
- Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)
Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını Vacancy@groupguru.az email ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...