Apteklər üzrə koordinator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zeytun Pharmaceuticals Apteklər üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Apteklərə dərman sifarişlərinin verilməsinə nəzarət etmək
  • Apteklərdə olan dərman vasitələrinin çeşidlərinin tamlığına nəzarət
  • Aptekdə olan dərman preparatlarının son istifadə tarixinə gündəlik nəzarət olunması
  • Apteklərdə dərman preparatlarının saylarına nəzarət və artıq yüklənmələri tənzimləmək
  • Dərman preparatlarının tələbə uyğun olaraq apteklər arasinda yerdəyişməsini təmin etmək və baza sistemində yerləşdirmək
  • Apteklərə tələb olunan vakant yerlərə namizədlərin bilik səviyyəsinin yoxlanılması
  • Rəqib aptek şəbəkələrində dərman vasitələrinin çeşidlərinə dair bazar araşdırması
  • Apteklərin satış dövriyyəsinin artırılmasına dair uyğun təkliflərin hazırlanması və əsaslandırılmış formada layihə rəhbərinə təqdim olunması
  • Satınalma menecerləri ilə əlaqəli səkildə dərman vasitələrinin sirkətin tələblərinə uyğun olaraq vaxtinda təhvil verilməsinə nəzarət etmək
  • Apteklərin sığorta şirkətləri ilə işinə nəzarət
  • Apteklərdə satılan dərman vasitələrinin bilavasitə sığorta tələbinə uyğun olmasına nəzarət
  • Satılan dərman vasitələrinin aptek daxilində hesabatlarının aparılması
  • Apteklərdə işçilər tərəfindən siğortaya səhvən satılmış dərman vasitələrinin araşdırılması, işçilərə açıqlamaların verilməsi və tutulmaların aparılması
  • Sığorta hesabatlarının müvafiq siğorta şirkətləri ilə üzləşməsi və hesabatlarının layihə rəhbərinə təqdimatını icra etmək

Namizədə tələblər:

  • Ali TİBBİ təhsil
  • Aptek və dərman sahələri üzrə minimum 5 il iş təcrübəsi
  • Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər
  • Kompüter bilikləri (Excel üzrə mükəmməl biliklər)
  • 1C proqramı ilə sərbəst işləmə bacarığı
  • İdarəetmə və ünsiyyət qurma bacarığı

Oxşar vakansiya siyahısı:

400 — 450 ₼
Əczaçı Operator

Ə/h 400 -450 AZN . AzəriMed QSC Əczaçı Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

06.01.2025 - Bakı

Həkim-radioloq

Respublika Diaqnostika Mərkəzi Həkim-radioloq vəzifəsi üzrə vakansiya elan edir. ...

Respublika Diaqnostika Mərkəzi

24.12.2024 - Bakı