Qısa məzmun
PASHA Bank KYC / CDD üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- İstənilən formada çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi prosesinin qarşısının alınması;
- PL/TMM sahəsində bankın müvafiq qanun, qayda və normalara riayət etməsində koordinasiyasının qurulması;
- Xarici maliyyə institutlarına aid “Öz Müştərini Tanı” (KYC) formalarının doldurulması;
- Xarici maliyyə institutlarına hesab açılması üçün tələb edilən sənədlərin toplanılması;
- Müxbir bankların illik “Öz Müştərini Tanı” (KYC) dəyərləndirməsinin aparılması;
- Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
- Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə monitorinq edilməsi;
- Bankın müştəri qəbulu və “Öz Müştərini Tanı” (KYC) prosedurlarında iştirakı və yerli və ya beynəlxalq qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsinin icrası;
- PL/TMM ilə əlaqəli tələblərin bankdaxili kommunukasiyasının təşkil edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat sahəsində və digər müvafiq sahədə ali təhsil
- İş təcrübəsi: “Çirkli Pulların Yuyulması”na qarşı mübarizə sahəsində minimum 1 il
- Xarici dillər: İngilis dili və Rus dili
- Kompüter bilikləri: Microsoft Office
- Digər: Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 17.02.2022-ci il tarixinədək başlıqda ““KYC / CDD” üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Mühasib
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Maliyyə mütəxəssisiSuper Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...