Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Daxili nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Regionlarda yerləşən müəssisələrdə və baş ofisin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
- Cəmiyyətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirilməsi;
- Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərin tələblərinə uyğunluğunu və yayınmalarını qiymətləndirilməsi;
- Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
- Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
- Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflər verir.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit sahəsi üzrə);
- Analoji sahədə ən azı 1 il iş təcrübəsi;
- MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Müntəzəm olaraq regionlara işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Daxili nəzarət üzrə mütəxəssis” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
RAM Holding Daxili nəzarət və təftiş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 500 AZN + Bonus. Emsan Kredit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır. ...
Focus Optika Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...