Qısa məzmun
Göygöl Şərab Zavodu ASC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyası:
- Qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir.
- Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir.
- Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir.
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir.
- Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir.
- İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir.
- Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır.
- Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparır.
- Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də müəssisə, idarə və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.
- Qanunun tətbiqi üzrə iş aparır.
- Müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir.
- Müəssisə, idarə və təşkilatların işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.
İş təcrübəsi : azı 1 il
Cins : Kişi
QEYD: Tələblərə uyğun olmayan və “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində doldurmaqla göndərilməlidir.
Mənbə: jobsearch.az