Qısa məzmun
Sushi Master Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Bütün orqanoleptik göstəricilərdə (dadı, rəngi, qoxusu, görünüşü, tutarlılığı) keyfiyyətə olan tələblər nəzərə alınmaqla məhsul istehsalının bilməsi
- Xammalın və yarımfabrikatların ciddi texnoloji standartlara uyğun olaraq qoyulması
- Məhsulların texnoloji xəritələrə uyğun hazırlanması
- Sifarişə nəzarət. Sifarişin sürətinə görə standartlara uyğunluğun qorunub saxlanılması
- Xammalın, yarımfabrikatların və hazır məhsulların saxlanması qaydalarına riayət edilməsi; son tarixlərə nəzarət
- Hazırlanan sifarişlər barədə su şefə məlumatların verilməsi
- İnventar əşyalarının inventarlaşdırılmasında iştirak etmək
- Növbənin qəbulu və təhvil verilməsi, təmizlənmə və yuyulma, istifadə olunan avadanlıqların dezinfeksiya edilməsi, iş yerlərinin, cihazların, inventarların təmizlənməsi, habelə lazımi vəziyyətdə saxlanılması üzrə işlərin aparılması
- Vaxtında tibbi müayinə və şəxsi gigiyena qaydalarına riayət etmək
- Daxili əmək qaydalarına və müəssisənin digər yerli qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək
İş Şərtləri:
- Ə/H 600-700 AZN
- 6 günlük iş həftəsi
- İş yeri şəhərin mərkəzində yerləşir
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
Namizədə tələblər:
- Orta peşə təhsili, iş stajı və iş təcrübəsi tələbləri fərdi olaraq müəyyən edilir
- Hazır məhsulların keyfiyyətini qiymətləndirmək, keyfiyyətsiz əlamətləri, aradan qaldırılması üsullarını bilmək
- Qablaşdırma qaydalarını, hazır məhsulların saxlanma şərtlərini bilmək
- Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarını bilmək
- Zərərləri azaltmağın yollarını və bişirildikdə yeməyin qida dəyərini qorumaq
- Hazır məhsulların bölüşdürülməsi, qeydiyyatı və xidmət qaydaları haqqında bilik
- Çeşid, reseptlər (təcrübə müddətində), yarımfabrikatlar və hazır məhsulların istehsal texnoloji prosesi haqqında biliklər
- İstifadə olunan avadanlıqlar barədə bilik səviyyəsi
- İşində intizamlı, məsuliyyətli və dürüst
- Bir komandada işləmək bacarığı, münaqişəsiz, inkişaf etmiş ünsiyyət bacarığı
- Stress altında işləmə bacarığı
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Aşpaz” mövzusu altında hr@sma.az elekton ünvanına göndərə bilərlər.