Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Damlama-suvarma sistemləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Pivot və damlama suvarma sistemlərinin idarə edilməsi;
- İllik suvarma planı və digər hidravlik hesabatların yazılması;
- Pivot və damalama avadanlıqları və infrastrukuna mütəmadi texniki baxışın keçirilməsi;
- Hesabatlılıqların və təhlillərin təkmilləşdirilməsi
- Kənd təsərrüfatı torpaqlarında torpaqların melorasiya və suvarma qaydalarını və normalarına uyğun tədbirlər görmək;
- Hidrotexniki qurğuların, su hovuzlarının, bəndlərin və s. sudanmühafizə qurğularının tikinti-quraşdırma qaydalarını bilmək, tətbiqini həyata keçirmək;
- Hidrotexniki qurğuların və bəndlərin mövsüm təmirlərinin yerinə yetirilməsinə nəzarət;
- Melorasiya üzrə texniki avadanlıqların, qurğuların layihələndirilməsinin və alışının təşkili;
- Təsərrüfatlarda suvarma suyundan istifadə qaydalarını və sudan istifadə qrafiklərinin hazırlaması
- Damlama, yeraltı damlama, damcılama, yağış yağdırma və s. üsullarla ilə bitkilərin suvarma normalarını, qaydalarını və həmin avadanlıqların tətbiqi;
- Suvarma avadanlıqlarına tələb olunan ehtiyat hissələrinin sifarişi və təmiri;
- Təsərrüfatlar üzrə torpaqların qurudulması, suvarılması və melorasiya olunmasının planlaşdırılması;
- Hovuzların, boru xəttlərinin və su bəndlərinin cari və əsaslı təmiri;
- Nasos avadanlıqlarının təmiri və seçimi;
- Suvarma sistemləri, suvarma qurğularının, boru xəttlərinin layihələndirilməsi üçün texniki tapşırıqların hazırlanması;
- Yeni tikilmiş hidrotexnik və melorasiya qurğularının istismara qəbulu;
- Hidrotexniki qurğularda qəzaların aradan qaldırılması, təhlükəsiz istismar və əməyin mühafizəsi.
- Mövcud və yeni yaradılacaq damlama suvarma sistemlərinə nəzarət
Tələblər:
- Mühəndislik, Aqrokimya, Aqronomluq və s . K/T-yə aid digər texniki ixtisaslar üzrə Ali təhsil
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
- Yüksək səviyyədə İngilis və Rus dilləri arzuolunandır
- MS Office proqramlarına yüksək səviyyədə hakimiyyət, Autocad proqramnıda işləmək bacarığı
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
- Regionlara mütəmadi ezamiyyələrə hazır olmaq
Səriştələr:
- Məsuliyyətli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında təyin olunur
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Damlama-suvarma sistemləri üzrə mühəndis” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Mənbə:jobsearch.az
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...