Qısa məzmun
Qaya Safety Solutions Aparıcı Kəşfiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı 1800 azn-dən başlayır (Namizədlərin bilik və təcrübəsinə əsasən əmək haqqı müsahibə zamanı razılaşdırılacaq)
İş barədə məlumat:
- Müxtəlif tematik xəritələrin, planların, çertyojların, sxemlərin hazırlanması;
- Minatəmizləmə qrupu tərəfindən müəyyən edilmiş və işarələnmiş partlamamış hərbi sursatların koordinatlarını toplamaq və nəzarət etməsi;
- Təmizləmənin gedişatının xəritələşdirilməsinə və xəritəçəkmənin tamamlanması, hazırlanmasında iştirakı.
- Minalardan Təmizləmə Qrupu ilə təhlükəli ərazilərdə kəşfiyyatın aparılması və işarələnməsini həyata keçirilməsi;
- Kəşfiyyat aparılması metodları və texniki avadanlıqlardan düzgün istifadə üzrə təlimin keçilməsi;
- Kəşfiyyat və Minatəmizləmə Qruplarına monitorinq aparılması və dəstək göstərilməsi;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Cəmiyyətin digər strukturlarından zəruri məlumat və sənədləri sorğulamaq;
- Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
- Layihə üzrə aparılan işlərin, daxil olan məlumatların Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Konfidensial məlumatların məxfiliyinin qorunması;
- Əmək funksiyalarına uyğun görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə menecerinə (onun tələbinə əsasən) məlumat verməli.
İş şəraiti:
- İş yeri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində;
- İş qrafiki 6 gün (qısadılmış);
- Gündə 3 dəfə yemək ilə təmin edilmə;
- Yaşayış yeri ilə təmin edilmə;
- AR qanunvericiliyinə uyğun sənədləşmə;
- Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
- Zəngin iş təcrübəsi qazanmaq imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
- Daha ətraflı məlumat müsahibə zamanı veriləcək.
Namizədə tələblər:
- Ali təhsil / Bakalavr;
- Komanda ruhu, təşkilatçılıq, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, təşkilatın missiyasına sadiqlik;
- İxtisas tələbləri: Minatəmizləmə axtarışlarının aparılmasında və kəşfiyyatın planlaşdırılmasında minimum 3 il təcrübə;
- İngilis dili biliyi arzuolunandır;
- Açıq sahə şəraitinə və ölkədaxili ezamiyyətlərə hazır olmalı;
- GPS RTK sistemlərinin istifadəsi və saxlanılması üzrə təcrübə;
- Qoyulan vaxt cədvəlləri ilə işləyə bilməli;
- Hərbi xidmətdə istehkamçı vəzifəsində olan namizədlərə üstünlük veriləcək
Elektron poçt “Mövzu” yerinə “Aparıcı Kəşfiyyatçı” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...