Qısa məzmun
Onur Plast Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Vergi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- İşçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
- AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi)-ya sənədlərin paket halında yiğılıb təslim edilməsi
- Günlük kassaya nəzarət edilməsi və rəhbərliyə hesabatın verilməsi
- 6 günlük iş qrafiki.
Namizədə tələblər:
- 1C 8.3, Word,Excell proqramlarında işləmək bacarığı
- LOGİX proqramını bilənlərə üstünlük verilir
- Məsuliyyətli, Punktual, Etibarlı
- Həm müstəqil, həm də bir komanda daxilində işləmək bacarığı
- Çox mütəşəkkil və detallı yönümlü olmaq
- Telefon və e-poçt vasitəsi ilə danışıqlar aparmaq və peşəkar münasibətlər qurmaq
- Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı
- Rəhbərliyin göstərişlərinə riayət etmək
Kişi namizədlərinə üstünlük verilir.
Oxşar vakansiya siyahısı:
İstehsalat üzrə mühasib
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Əməliyyat meneceri
Barkod Electronics əməliyyat meneceri vəzifəsinə vakansiya elan edir. ...