Qısa məzmun
Deirvlon Technologies” İnsan Resursları üzrə mütəxəssis axtarışındadır
Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
- Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
Namizəd üçün tələblər
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Azərbaycan və Rus əla səviyyədə bilməli;
- MS Office proqramlarını, xüsusilə 1C proqramını əla səviyyədə bilməli;
- İnsan resursları sahəsində ən azı 1 il iş təcrübəsi;
Əlavə məlumatlar:
- Əmək haqqı namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətlərindən asılı olaraq razılaşma yolu ilə müəyyən olunacaq.
- İş qrafiki: 09:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək hr.deirvlon.com ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...