Qısa məzmun
FINCA Azerbaijan LLC Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir.
Rol haqqında:
CRM üzrə işçinin əsas öhdəlikləri müştərilərə mümkün qədər tez xidmət göstərilməsini təmin etmək üçün Çağrı Mərkəzini idarə etmək və müştəri xidmətləri göstərən digər qruplar ilə koordinasiyanı təmin etməkdir.
Vəzifə sahibi Əməliyyat Şöbəsi, Hüquq Şöbəsi ilə yaxından əməkdaşlıq edərək “FINCA Azerbaijan”-nın Müştəri Əlaqələrinin İdarə Edilməsi strategiyasını və Müştəri Şikayətlərinin İdarə Edilməsi mexanizmini təkmilləşdirmək üçün uyğun rəhbərliyə dəstək göstərir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Təşkilatın Qaynar Xəttinə daxil olan müştəri sorğularının cavablandırılması və qeydiyyatı
- Qaynar xəttə daxil olan müştəri sorğularının aidiyyatı şöbələr ilə əməkdaşlıq edilərək araşdırılması və həllinin izlənməsi
- Təşkilata daxil olan müştəri məktublarının araşdırılması və cavablandırılması prosesinin koordinasiya edilməsi
- Sosial Media kanallarından, mail üzərindən daxil olan müştəri sorğularının cavablandırılması
- Marketinq şöbəsinə müştəri rəylərinin toplanması və analiz fəaliyyətlərində dəstək göstərilməsi
- Müştəri sorğularının keçirilməsində aktiv iştirak
Namizəddən gözləntilərimiz:
- Bakalavr dərəcəsi (əlaqəli sahədə)
- MS Office proqramları bilikləri, Sosial Medya kanallarından istifadə bacarığına sahib olmaq
- Yüksək səviyyədə ünsiyyət bacarıqları
- Müstəqil və komanda daxilində işləmək bacarığı
- Operativ qərarmə bacarığı
- Dil Bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq
Seçimlərdə növbəti addımlar:
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda
Müraciətinizi recruitment@fincaazerbaijan.com elektron ünvanına CV-nizi əlavə etməklə və Subject/Mövzu hissəsində Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə İşçi (Baş Ofis) qeyd etməklə 15 Fevral 2022-ci il tarixindən (günün sonu) gec olmamaq şərtilə göndərə bilərsiniz.
Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
Oxşar vakansiya siyahısı:
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...