Kargüzarlıq şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ateshgah Sigorta Kargüzarlıq şöbəsinin mütəxəssisi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Yaş: 22-30
  • Xanım namizədlər
  • Təhsil: Ali
  • İş təcrübəsi: kargüzarlıq sahəsində və ya Arxiv idarəsində olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
  • Microsoft Office ( Word, Excel, Power Point proqramları), Arxiv proqramları

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparmaq, rəhbərliyə dərkənar üçün təqdim edmək, aidiyyəti şəxslərə  sənədləri  çatdırmaq;
  • Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq, göndərilməsini təşkil etmək;
  • Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək;
  • Etibarnamələrin qeydiyyatını aparmaq;
  • Sənədlərin göndərilməsini təşkil etmək;
  • Möhürlərin qeydiyyatını aparmaq;
  • Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq;
  • Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək haqqı ilk 3 ay sınaq dövrü ərzində: 450 azn
  • Sınaq dövründən sonra: 500 azn

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kargüzarlıq şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı