Qısa məzmun
Ateshgah Sigorta Müştəri xidmətləri şöbəsinin hüquqşünası vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş: 22-35
- Təhsil: Ali hüquq təhsili mütləqdir.
- İş təcrübəsi: İxtisas üzrə 1-2 il iş təcrübəsi olan Arzuolunandır
- Mülki, Mülki prosesual, İnzibati Xətalar, İnzibati prosesual, Sığorta qanunvericiliyini və diqər qanuvericilikləri bilən
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)
- Kompüter bilikləri, Microsoft office proqramları
Əsas vəzifə öhdəlikləri:
- Müştəriləri qəbul etmək, müştərilərdən daxil olan ərizələrin qəbulu, qeydiyyatını aparmaq (ehtiyac yarandıqda)
- Sığorta hadisələrini tənzimləmək məqsədi ilə məktublar, sorğular tərtib etmək
- Təqdim olunan sənədlərin ekspertizasını aparmaq
- Sığorta aktları və yaxud imtina məktubları tərtib etmək
- Müştərilərin iddia və şikayətlərinə cavab məktublarının tərtibi
- Sığorta hadisələrinin tənzimlənməsi prosedurlarının yaradılmasında iştirak
- Öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
- Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
- Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı : həftə içi 5 gün /09: 00-dan 17:30 dək.
- Sabit əmək haqqı 500-600 AZN (müsahibə əsnasında)
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri şöbəsinin hüquqşünası” qeyd etmələri xahiş olunur.
Mənbə: jobsearch.az